Digər

İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi

25 Aug 2026, 17:45 2 baxış
İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi

İsrail ordusu və Şin Bet (Daxili Təhlükəsizlik Xidməti) Qəzza zolağında HƏMAS-a məxsus beş silah anbarını və raket buraxılış məntəqəsini məhv edib.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat yayılıb.


“Məhv edilən anbarlarda raketlər, silahlar, partlayıcı qurğular, qumbaralar və digər hərbi avadanlıqlar saxlanılıb. Bu vasitələr HƏMAS tərəfindən İsrail qüvvələrinə qarşı hücumların hazırlanmasında istifadə edilirdi. Silah anbarları məscidlərin daxilində və humanitar infrastrukturların yaxınlığında yerləşib. HƏMAS-ın mülki infrastrukturlardan istifadəsinə yol verməyəcəyik və İsrail vətəndaşlarına qarşı təhlükələrin aradan qaldırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər