Dünya
İran xaricdəki müxalifətçilərin izlənməsi üçün cinayətkarlardan istifadə edir - FOTO
İran xaricdəki müxalifət xadimlərini və jurnalistləri izləmək üçün yerli cinayətkarlardan, cinayətkar qruplaşmalardan və muzdlulardan istifadə edir. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "The New Yorker" jurnalı "Iran International" telekanalının aparıcısı Puriya Zeraatiyə hücumla bağlı araşdırmasında yazıb.
Hesabatda qeyd olunur ki, Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqatçısı Metyu Levitt son beş ildə İran tərəfindən xaricdə maliyyələşdirilən 200-dən çox sui-qəsd planını sənədləşdirib. Həmçinin bildirildiyinə görə, 2024-cü ildə Qərb kəşfiyyat orqanları cinayətkar müəyyən ediblər ki, bəzi Skandinaviya ölkələrində bəzi əməliyyatlarda cinayətkar qruplaşmalar pul müqabilində yeniyetmələri tapşırıqların yerinə yetirilməsinə cəlb ediblər.

Mənbə
oxu.az