Dünya

İran siyasətçisinin oğlu ailəsi ilə birgə ABŞ-də niyə saxlanılıb? - VİDEO

25 Aug 2026, 16:28 3 baxış
İran siyasətçisinin oğlu ailəsi ilə birgə ABŞ-də niyə saxlanılıb? - VİDEO
Cari ilin əvvəllərində İranda baş verən kütləvi etirazlar və daha sonra ABŞ ilə hərbi qarşıdurma fonunda İslam Respublikasının keçmiş və indiki rəsmilərinin Birləşmiş Ştatlarda yaşayıb-işləyən övladlarının ölkədən çıxarılması məsələsi gündəmə gətirilib. Hətta xaricdə yaşayan iranlılar bu tələblə müəyyən aksiyalar da keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran"ın "Youtube" kanalında yayımlanan videomaterialında qeyd olunub.

Buna nümunə olaraq göstərilib ki, həmin tələbin nəticəsi olaraq, İran Ali Milli Təhlükəsizlik Şurasının o zamankı katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani yanvarın sonlarında Atlantada yerləşən Emori Universitetindəki işindən çıxarılıb və İrana qayıtmalı olub. İranın keçmiş vitse-prezidenti Məsumə Ebtekarın Los-Ancelesdə yaşayan oğlu İsa Haşiminin macərası isə tamam fərqli istiqamət alıb və bu günə qədər də onun ABŞ-də başına gələnlər medianın diqqət mərkəzindədir. İki həftə əvvəl İsa Haşiminin həyat yoldaşı Məryəm Təhmasibinin "The Nation" jurnalında dərc olunan yazısı və ailənin məhkəmə xərcləri üçün yardım kampaniyasına start verilməsi sayəsində bu mövzu yenidən sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Eyni zamanda İran mediası da məsələni diqqətdən kənarda qoymayıb. Bildirilir ki, hər şey cari ilin aprel ayının əvvəlində ABŞ dövlət katibi Marko Rubionun İsa Haşimi və ailə üzvlərinin Birləşmiş Ştatlardakı daimi yaşayış hüququnun ləğv olunması ilə bağlı qərar qəbul etməsindən sonra başlayıb. O, "X" sosial şəbəkəsində etdiyi kəskin bəyanatında bunları qeyd edib: "Məsumə Ebtekar 1979-cu ildə Tehranda ABŞ səfirliyinə basqın edən və 52 amerikalını 444 gün ərzində girov saxlayan islamçı terrorçuların sözçüsü olub. 2014-cü ildə Obama administrasiyası onun oğluna və ailəsinə ABŞ-yə daxil olmaq üçün viza verib. 2016-cı ilin iyununda isə Obama administrasiyası "Müxtəliflik üzrə immiqrant viza proqramı" çərçivəsində onlara qanuni daimi rezident statusu verib. Bu həftə mən onların qanuni daimi rezident statusuna xitam verdim və bu gün İsa Haşimi, həyat yoldaşı Məryəm Təhmasibi və onların oğlu ölkədən çıxarılmaları ilə bağlı prosedur çərçivəsində ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin nəzarətindədirlər. Onun ailəsinə heç vaxt ölkəmizdə yaşamaq kimi fövqəladə imtiyazdan yararlanmağa icazə verilməməli idi. ABŞ heç vaxt anti-Amerika terrorçular və ya onların ailələri üçün vətənə çevrilə bilməz".
Mənbə oxu.az

Oxşar Xəbərlər