Dünya

Robert Koçaryanla əlaqəli şirkət rəhbərlərinə qarşı cinayət işi açıldı

25 Aug 2026, 15:48 4 baxış
Robert Koçaryanla əlaqəli şirkət rəhbərlərinə qarşı cinayət işi açıldı
Ermənistanın prokurorluq orqanları ölkənin sabiq prezidenti (1998-2008-ci illər) Robert Koçaryanla əlaqəsi olan şirkət rəhbərləri barəsində cinayət işləri başladıb. Həmin şəxslər xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirləndirilirlər. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub. "Avqustun 25-də prokurorluq tərəfindən külli miqdarda vergilərdən yayınma faktına görə "Qritti" MMC-nin indiki direktoru İ.X., eyni şirkətin sabiq rəhbəri Q.M., "Play City" ticarət nişanı altında fəaliyyət göstərən "FAST CARD" MMC-nin direktoru A.A. və "KİNETİ" QSC-nin rəhbəri K.A. barəsində ictimai cinayət təqibi başlanılıb", - deyə prokurorluqdan bildirilib. Xatırladaq ki, bu gün Ermənistan Prokurorluğunun Robert Koçaryana qarşı da cinayət icraatına başladığı məlum olub. Sabiq dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması əməllərində ittiham edilir. Ermənistanın keçmiş rəhbəri ilə bağlı istintaq tədbirləri çərçivəsində əlavə 9 nəfərə, o cümlədən onun böyük oğlu Sedrak Koçaryana və Koçaryanın hakimiyyəti dövründə müdafiə naziri vəzifəsini icra etmiş, sonradan isə prezident olmuş (2008-2018-ci illər) Serj Sarqsyana qarşı da cinayət işləri açılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər