Cəmiyyət

Bakıda uşaq əyləncə mərkəzi "Moka Land"də "1+1" aksiyası - ikinci uşaq pulsuz

25 Aug 2026, 16:58 3 baxış
Bakıda uşaq əyləncə mərkəzi "Moka Land"də "1+1" aksiyası - ikinci uşaq pulsuz
"Moka Land" ailəvi uşaq əyləncə mərkəzi 25-31 avqust tarixlərində ailələr üçün xüsusi "1+1" aksiyası keçirir. Kampaniya çərçivəsində bir uşaq üçün 20 manatlıq giriş bileti alındıqda, ikinci uşağın girişi pulsuzdur. Uşaqlar mərkəzin əyləncə imkanlarından heç bir vaxt limiti olmadan yararlana bilərlər. Oxu.Az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən "Moka Land" ailəvi uşaq əyləncə mərkəzi bir yaşdan 13 yaşadək uşaqların əyləncəli vaxt keçirməsi, ailələrin isə övladları ilə birlikdə rahat istirahət etməsi üçün nəzərdə tutulub. "Moka Land"də "Zoom", "Qum Zonası", "Batut" və "Tarzanka" daxil olmaqla müxtəlif əyləncə zonaları fəaliyyət göstərir. Bütün əyləncə zonalarından istifadə 20 manatlıq giriş qiymətinə daxildir və uşaqlar üçün vaxt məhdudiyyəti tətbiq olunmur. Mərkəzdəki "Qum Zonası"nda adi qumdan deyil, bakteriyalardan təmizlənmiş və toz yaratmayan xüsusi qumdan istifadə olunur. Bu zona uşaqların daha rahat və təhlükəsiz şəkildə oynaması üçün hazırlanıb. "Moka Land" uşaqların ad günlərinin qeyd olunması üçün də geniş imkanlar təqdim edir. Ad günü təşkil edən ailələrdən heç bir depozit tələb olunmur. Qonaqlar üçün özəl ad günü otağı və ümumi restoran zonası mövcuddur. Mərkəzin geniş milli və Avropa mətbəxi həm uşaqlar, həm də böyüklər üçün müxtəlif yemək seçimləri təqdim edir. Ad günü mərasiminin ən maraqlı anlarından birində tortu uşaqların sevimli qəhrəmanı "Kapitan Moka" təqdim edir. Bundan əlavə, ad günü olan uşaqlar üçün "Moka Land"ə giriş pulsuzdur. "1+1" aksiyası ailələrə övladları ilə birlikdə daha sərfəli, rahat və əyləncəli vaxt keçirmək imkanı yaradır. Aksiya müddəti: 25-31 avqust. Giriş qiyməti: bir uşaq üçün 20 manat. Vaxt limiti: Yoxdur. Kampaniya: Bir uşağa giriş bileti al, ikinci uşağın girişi pulsuz olsun! 25-31 avqust tarixlərində ikinci uşağın girişi PULSUZDUR! Ünvan: Xətai rayonu, Fəzail Bayramov küçəsi, 28, "EVİMİZ" mağazasının daxilində (Bakı Əyləncə Mərkəzi və "Toyota" Bakı Mərkəzinin yaxınlığında). Ətraflı məlumat: (+994 10) 214-05-05. "Instagram": mokaland.baku. P.S. "Moka Land" uşaqların ən sevimli əyləncə mərkəzlərindən biri olaraq balacalara unudulmaz əyləncə, ailələrə isə rahat istirahət imkanı təqdim edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər