Cəmiyyət
Qadın maşını aşırdı: 7 nəfər xəsarət aldı - Video
Oğuz rayonunda avtomobil aşıb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mersedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalar xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az