Cəmiyyət

"Azəriqaz" rəhbərliyi Qaxda sakinlərlə görüşəcək

25 Aug 2026, 14:24 3 baxış
"Azəriqaz" rəhbərliyi Qaxda sakinlərlə görüşəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun növbəti vətəndaş qəbulu avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.


Axar.az xəbər verir ki, bu barədə Azəriqaz İB-nin Mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, Qax şəhəri, Nəriman Nərimanov küçəsi 7 ünvanında baş tutacaq görüşdə Qax və Şəki rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.


Qəbulda ünvanlanan müraciətlərin yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olması xahiş edilir.


Qəbula dair əlavə məlumat almaq istəyən şəxslər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər.

Mənbə axar.az

Oxşar Xəbərlər