Cəmiyyət
Oğuzda minik maşını aşıb: 7 YARALI VAR
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində "Mercedes" markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.
Mənbə
oxu.az