Digər
Xətai rayonunda Xalq artisti Mübariz Tağıyevlə görüş keçirilib
Avqustun 24-də Heydər Əliyev adına İstirahət parkının amfiteatr səhnəsində Azərbaycanın Xalq artisti Mübariz Tağıyevlə görüş keçirilib.
Tədbir Xətai Rayon İcra Hakimiyyəti (RİH), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə baş tutub. Görüşdə Xətai RİH-in başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, QAİ-nin Xətai rayon nümayəndəliyinin rəhbəri Vilayət Əmirov, şəhid ailələri, mədəniyyət və incəsənət nümayəndələri, ictimaiyyət və rayon sakinləri iştirak ediblər. Səmimi şəraitdə keçən görüşdə Xalq artisti Mübariz Tağıyevin yaradıcılıq fəaliyyəti, Azərbaycan estrada sənətinə verdiyi töhfələr və sənət yolunda qazandığı uğurlar diqqətə çatdırılıb. Sənətkar öz yaradıcılıq fəaliyyəti barədə fikirlərini bölüşüb, tədbir iştirakçılarının suallarını cavablandırıb. Daha sonra Mübariz Tağıyevin ifasında səsləndirilən sevilən mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş edib. İştirakçılar sənətkarın ifalarını böyük maraq və alqışlarla qarşılayıblar. Görüş Azərbaycan mədəniyyətinin və milli musiqi sənətinin təbliği, eləcə də sənətkarlarla ictimaiyyət arasında canlı ünsiyyətin yaradılması baxımından əhəmiyyətli tədbirlərdən biri olub.
{{gallery}}

Mənbə
oxu.az