Kriminal

Azərbaycana qanunsuz yolla gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb

25 Aug 2026, 11:56 2 baxış
Azərbaycana qanunsuz yolla gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb
Azərbaycana gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin hava limanında dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyənləşdirilib. Həmin avtomobilə gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq Azərbaycana şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər