Dünya

Ermənistanda Robert Koçaryanın oğlunun evində əməliyyat keçirilir - VİDEO

25 Aug 2026, 09:08 42 baxış
Ermənistanda Robert Koçaryanın oğlunun evində əməliyyat keçirilir - VİDEO
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident Robert Koçaryanın oğlu, parlamentin müxalif "Ermənistan" ("Hayastan") fraksiyasının deputatı Levon Koçaryanın mənzilində axtarış tədbirlərinə başlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında "Ermənistan" fraksiyasının deputatı Mesrop Manukyan yayıb.

"Səhər saat 7 radələrində hüquq-mühafizə orqanlarının nümayəndələri parlamentin deputatı Levon Koçaryanın evinə basqın ediblər. Bu barədə göstəriş birbaşa parlamentin tribunasından verilib", - deyə müxalif deputat bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər