İdman
ÇL: "Sabah"ın çətin "Hapoel" sınağı
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq.
Axar.az xəbər verir ki, paytaxt təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Görüşü rumıniyalı FİFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.
Mənbə
axar.az