Kriminal

Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü

25 Aug 2026, 10:56 3 baxış
Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü
Bakıda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə dünən saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini 2018-ci il təvəllüdlü Y.Ə. evlərinin həyətindəki dəmir barmaqlıqlardan ibarət hasardan keçmək istəyərkən başı barmaqlığa ilişib. O, hadisə yerində köməksiz qaldığından boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər