İdman

İngiltərə Premyer Liqası: London derbisində beş qol vuruldu - VİDEO

25 Aug 2026, 01:18 7 baxış
İngiltərə Premyer Liqası: London derbisində beş qol vuruldu - VİDEO
"Çelsi" İngiltərə Premyer Liqasının 1-ci turunda səfərdə "Fulhem"lə qarşılaşıb. Oxu.Az xəbər verir ki, London derbisi "zadəganlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları Joao Pedro (1-ci dəqiqə), yeni transfer Morqan Rocers (41-ci dəqiqə) və Koul Palmer (49-cu dəqiqə) vurublar. Meydan sahiblərinin heyətində isə Coşua Kinq (23-cü dəqiqə) və "Real Madrid"in sabiq hücumçusu Qonsalo Qarsiya (54-cü dəqiqə) fərqləniblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər