Cəmiyyət

Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO

24 Aug 2026, 18:44 2 baxış
Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO
İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çinmənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində AQTA tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub. Qeyd edək ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, "Şam-Fi İnterneşnl Tredinq Kompani" MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb. Aşkarlanan uyğunsuzluqlar aşağıdakılardır:
İdxalçı şirkət İstehsalçı şirkət Məhsulun adı Aşkarlanmış uyğunsuzluq Məhsulun istehsal və son istifadə tarixi
1 "Herba Flora" MMC Zhejiang Chunli Tea Co., LTD yaşıl çay Pestisid qalığı (Dinotefuran) 01.09.2025-01.09.2028
2 Feng Jiang Chen Keming Food Co., LTD əriştə Kif və maya göbələkləri 17.12.2025-17.12.2027
3 "Premium Food Baku" MMC Yantai Yuji Foodstuff Co., LTD panko çörək qırıntıları Kif və maya göbələkləri 06.01.2026-05.01.2028
4 "Şam-Fi İnterneşnl Tredinq Kompani" MMC Tianjn Xingda Heping Food Co., LTD əriştə Kif və maya göbələkləri 09.11.2025-09.11.2027

{{gallery}}
Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO Çinmənşəli dörd qida məhsulunda uyğunsuzluq aşkarlanıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər