Siyasət
Prezidentlər və ailə üzvləri “Ark” qalasında
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, birinci xanım Ziroatxon Mirziyayeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.
Axar.azxəbər verir ki, “Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub.
Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.
Mənbə
axar.az
Oxşar Xəbərlər