Siyasət

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

24 Aug 2026, 16:50 4 baxış
Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, birinci xanım Ziroatxon Mirziyayeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.


Axar.az xəbər verir ki, bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir.


Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.


Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.


Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər