Digər

İsrail Livanda yeraltı sığınacaqları vurur

24 Aug 2026, 15:22 2 baxış
İsrail Livanda yeraltı sığınacaqları vurur

İsrail Hərbi Hava Qüvvələri Livanın Nəbatiyə şəhərinin şərqindəki Əli əl-Tahir yüksəkliklərinə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə “Əşarq əl-Əvsət" qəzeti məlumat yayıb.


Məlumata görə, hazırda İsrail ordusu Əd-Dəhşə və Ət-Təhra təpələrinə, eləcə də yaxınlıqdakı Kfar-Tibnit və Kfar-Rumman kəndlərinə zərbələr endirir.


Həmçinin, artilleriyalar ərazini fosfor mərmiləri ilə atəşə tutur və dronlar yeraltı sığınacaqların girişlərinə zərbələr endirirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər