Dünya

Konqoda Ebolaya yoluxanların sayı artır - Son statistika

24 Aug 2026, 13:14 43 baxış
Konqoda Ebolaya yoluxanların sayı artır - Son statistika
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 5 515-ə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində daha 51 yeni yoluxma faktı qeydə alınıb. Xəstəlikdən həyatını itirənlərin sayı 2 642 nəfərdir. Ölüm səviyyəsi isə 47.9 faiz təşkil edir. Hazırda xəstəxanalarda və tibbi təcridxanalarda Ebolaya yoluxma şübhəsi ilə 700-dən çox şəxs saxlanılır. Virus daşıyıcıları ilə təmasda olanların izlənilməsi göstəricisi 85.5 faizə bərabərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər