Dünya

Günəşdə doqquz partlayış baş verib

24 Aug 2026, 12:28 3 baxış
Günəşdə doqquz partlayış baş verib
Ötən həftəsonu Günəşdə doqquz partlayış qeydə alınıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib. "Son həftəsonu Günəş, görünənə görə, özünün kifayət qədər yaxşı partlayış potensialını tamamilə itirib. Şənbə və bazar günləri (22-23 avqust) ümumilikdə cəmi doqquz partlayış baş verib, lakin cümə axşamından cümə gününə qədər (20-21 avqust) olan əvvəlki iki gündə isə partlayışların sayı 30-dan çox olub", - deyə məlumatda bildirilib. Ekspertlər, həmçinin əsas dünya agentliklərin proqnozlarına da diqqət çəkiblər, hansı ki, onlara görə, M sinif partlayışlar ehtimalı 50%, X sinif partlayışlar ehtimalı isə 10-15% təşkil edir. "Biz bu cür parametrlər vermirik, amma bu cür rəqəmlərə inanmaq çətindir, baxmayaraq ki, ləkələr həqiqətən də çoxdur, bunu inkar etmək çətindir", - deyə məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər