Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan
Ermənistanın yeni Konstitusiyasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramının təqdimatında deyib.
“Ona görə ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməmək və ona son qoymaq barədə qərar verdik və xalq bu qərarı dəstəklədi. Yeni Konstitusiyanın hazırlanması prosesi Ermənistanın sırf daxili gündəliyidir. Ermənistan vətəndaşları Mülki Müqavilə Partiyasına səs verməklə bu proqramı dəstəkləyiblər. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın yer alması münaqişə məntiqinə qayıdış anlamına gələrdi. Konstitusiyanın mətni yaxın aylarda dərc olunacaq. Sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə hər hansı istinad olmamalıdır. Ermənistan Konstitusiyasında Azərbaycana və ya başqa bir ölkəyə qarşı ərazi iddiaları yoxdur”, - o bildirib.