Dünya

ABŞ və Kanada ticarət danışıqlarını təxirə salır - TƏFƏRRÜAT

24 Aug 2026, 12:00 2 baxış
ABŞ və Kanada ticarət danışıqlarını təxirə salır - TƏFƏRRÜAT
Kanada hökuməti hesab edir ki, ABŞ ilə ticarət danışıqlarının aralıq konqres seçkisindən əvvəl bərpa olunması ehtimalı azdır. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Kanadanın Baş naziri Mark Karninin rəhbərlik etdiyi hökumət yaxın perspektivdə yeni müzakirələrin keçirilməsinə dair heç bir işarə müşahidə etmir və bunun noyabrın əvvəlində təşkil olunacaq ABŞ Konqresinə aralıq seçkisinədək reallaşma ehtimalı olduqca azdır. Bununla belə, "vəziyyətin dəyişkən olaraq qaldığı" və Vaşinqton tərəfindən ticarət razılaşması üzrə danışıqların yenidən bərpa oluna biləcəyi də istisna olunmur. Agentliyin bildirdiyinə görə, Kanada rəsmiləri müəssisələrə dəstək tədbirləri üzərində işləyirlər və ehtiyac yaranarsa, bu addımların ABŞ Prezidenti Donald Trampın vəzifə müddətinin sonunadək qüvvədə saxlanılması planlaşdırılır. Xatırladaq ki, bir müddət əvvəl Karni ABŞ ilə ticarət danışıqlarının dayandırıldığını və Amerika mallarına eyni həcmdə cavab rüsumlarının tətbiq olunduğunu bəyan etmişdi. Həmin rüsumların sentyabrın 8-də qüvvəyə minməsi nəzərdə tutulur. ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir isə bildirib ki, Kanada hökuməti Vaşinqtonun fikrincə, əlverişli olan sazişdən imtina edib və nəticədə bəzi Kanada məhsullarına tətbiq edilən 50 faizlik ABŞ gömrük rüsumları avqustun 22-dən etibarən tətbiq olunmağa başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər