Dünya
Norris "Formula-1" üzrə Niderland Qran-prisinin qalibi oldu
"Maklaren" komandasının britaniyalı pilotu Lando Norris 2026-cı il mövsümündə "Formula-1" üzrə dünya çempionatının 12-ci mərhələsi olan Niderland Qran-prisinin qalibi olub. Oxu.Az xəbər verir ki, yarış Zandvoort avtodromunda keçirilib. İkinci yeri "Mersedes" komandasının italiyalı pilotu Kimi Antonelli tutub. Üçüncü pillədə isə onun komanda yoldaşı, britaniyalı Corc Rassell qərarlaşıb. "Red Bull" komandasının dördqat dünya çempionu niderlandlı Maks Ferstappen ilk dövrədə yarışı dayandırıb. Pilot divara çırpılıb və bolidini zədələyib. Antonelli pilotların ümumi sıralamasında liderliyini qoruyur. İtaliyalı pilotun 242 xalı var. Ondan sonra hərəyə 183 xalla Rassell və "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton gəlirlər. Konstruktorlar Kubokunda isə "Mersedes" 425 xalla liderdir. İlk üçlükdə "Ferrari" (338 xal) və "Maklaren" (263 xal) da yer alır. "Formula-1" üzrə dünya çempionatının növbəti mərhələsi sentyabrın 4-dən 6-dək İtaliyada keçiriləcək.
Mənbə
oxu.az