Siyasət

Azərbaycan Prezidenti: "Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir"

23 Aug 2026, 21:00 3 baxış
Azərbaycan Prezidenti: "Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir"
"Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim". Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib. "Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir", - deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz".
Mənbə oxu.az

Oxşar Xəbərlər