Digər

ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı

23 Aug 2026, 17:46 2 baxış
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı

Sanksiyaların hamısı müxtəlif adlar altında təklif olunur. Bu, Amerika siyasətində həmişə gördüyümüz eyni zorakılıqdır.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.


“Bu, onların davamlı olaraq yayımladığı təkrarlanan bir film kimidir. Biz bunu əzbər bilirik. Bununla necə mübarizə aparacağımızı və qarşı çıxacağımızı da bilirik.


Onların "vuracağıq", "onu edəcəyik" deyərək köhnə planları geri qaytarmaları həqiqətən çarəsiz olduqlarını göstərir. Və böyük İran xalqının qarşısında ağıllarına heç bir həll yolu gəlmir, ona görə də təkrarlanan planları səhnəyə qaytarırlar.


Onlar bilməlidirlər ki, İran xalqına hörmətlə danışmaqdan və ədalət, ləyaqətə əsaslanan həll yolu tapmaqdan başqa çarə yoxdur. Bütün bu yolları kənara qoymalı və əvvəllər sınaqdan keçirilmiş yola qayıtmalıdırlar.


İran xalqı ləyaqət dilinə hörmətlə cavab verir”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər