İdman

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi

23 Aug 2026, 18:36 3 baxış
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında keçiriləcək cavab görüşünün hakim təyinatları açıqlanıb. Oxu.Az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək. VAR hakimi almaniyalı Bastian Dankert, onun köməkçisi isə rumıniyalı Ketelin Popa olacaq. Qeyd edək ki, "Sabah" - "Hapoel" (Beer-Şeva) qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər