Digər
1642-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1642-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 217 821 PUA-sı, 669 zenit-raket kompleksi, 30 698 tank və digər zirehli texnikası, 1 775 reaktiv yaylım atəş sistemi, 36 244 artilleriya və minaatanı, 69 979 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az