İdman

Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu

23 Aug 2026, 15:00 2 baxış
Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu
Manuel Noyer ən titullu alman futbolçu ünvanına yiyələnib. Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir. Bildirilir ki, Almaniya Superkuboku uğrunda matçda "Borussiya Dortmund" və "Bavariya" klubları üz-üzə gəliblər. Qarşılaşma Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Bavariya"nın heyətində qapını Manuel Noyer qoruyub. 40 yaşlı qolkiper üçün bu kubok karyerasında 36-cı titul olub. Bununla da Noyer keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq rəsmən tarixin ən titullu alman futbolçusu adına yiyələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər