Dünya

Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır - FOTO

23 Aug 2026, 14:48 3 baxış
Çili İrandakı səfirliyinin fəaliyyətini dayandırır - FOTO
Çili Xarici İşlər Nazirliyi (XİN) Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini nəzərə alaraq, avqustun 31-dən etibarən Tehrandakı səfirliyinin fəaliyyətini dayandıracağını açıqlayıb. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Nazirlik bildirib ki, qərar diplomatların təhlükəsizliyini təmin etmək və mövcud resursları daha səmərəli bölüşdürmək məqsədilə qabaqlayıcı tədbir kimi qəbul edilib. Çili XİN bunun İranla diplomatik münasibətlərin kəsilməsi anlamına gəlmədiyini vurğulayıb. Bundan sonra İranla bağlı konsulluq xidmətlərinin Türkiyənin paytaxtı Ankaradakı Çili nümayəndəliyi vasitəsilə göstəriləcəyi bildirilib. Qeyd edək ki, Çili 2025-ci ildə də İsrail-İran qarşıdurması fonunda Tehrandakı diplomatik heyətini təxliyə edərək səfirliyinin fəaliyyətini müvəqqəti dayandırmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər