Dünya
Tayvanda yanğın zamanı partlayış baş verdi: Xəsarət alanlar var - VİDEO
Avqustun 22-də Tayvanın Taynan şəhərində yaşayış məntəqəsində baş verən yanğın və ardınca partlayış nəticəsində 13 nəfər xəsarət alıb, 8 evə və 20 nəqliyyat vasitəsinə ziyan dəyib. Oxu.Az xəbər verir ki, bu barədə Taynan şəhər hökumətinin yanğınsöndürmə bürosu məlumat yayıb.
Büronun məlumatına görə, yanğın söndürülüb və hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Bildirilib ki, saat 01:12-də Annan rayonunun Haidian Road küçəsində boş ərazidə tullantı materiallarının yanması barədə məlumat daxil olub. Hadisə yerinə 53 yanğınsöndürən avtomobil və 144 yanğınsöndürən cəlb edilib. Məlumata görə, yanğın güclü olub və daha sonra partlayış baş verib. Alov yaxınlıqdakı 8 evə keçib. Nəticədə 11 avtomobilə, 6 yanğınsöndürən avtomobilinə, 1 təcili yardım avtomobilinə və 2 fəlakət yardım avtomobilinə ziyan dəyib. Hadisə ərazisində yaşayan 36 sakin təxliyə edilib. Üç yanğınsöndürən və daha 10 nəfər yüngül xəsarət alıb.

Mənbə
oxu.az