Dünya

Mertsin çıxışı zamanı etiraz səsləri yüksəldi: Kanslerdən SƏRT REAKSİYA - VİDEO

22 Aug 2026, 21:24 1 baxış
Mertsin çıxışı zamanı etiraz səsləri yüksəldi: Kanslerdən SƏRT REAKSİYA - VİDEO
Almaniya kansleri Fridrix Merts məzuniyyətdən sonra ilk iş günündə daha əvvəl güclü meşə yanğınının baş verdiyi Şimali Reyn-Vestfaliya federal torpağındakı Hürtgenvald icmasına səfər edib. Oxu.Az xəbər verir ki, kanslerin mətbuat qarşısında çıxışı zamanı arxa planda fit səsləri və narazılıq qışqırıqları eşidilib.

"Açığı, qışqıraraq sözümü kəsənlər məndə təəssürat yaratmır. Mən qışqıranlarla deyil, işləyənlərlə danışıram", - Merts "Bild" qəzetinin canlı yayımladığı etiraz aksiyasını şərh edərkən bildirib. Nəşrin məlumatına görə, kanslerlə görüşə təxminən 200 yerli sakin gəlib. Onlardan bəziləri Mertsin əleyhinə yazılmış plakatlar tutublar. Plakatlardan birində "Qəhrəmanlara (yanğınsöndürənlərə - red.) təşəkkürlər - Mertsi kənarlaşdırmalı" yazılıb. Bir neçə fermer traktorlarda əraziyə gələrək Mertsin siyasətinə etirazlarını bildiriblər və siqnallar veriblər. Qeyd edək ki, kansler məzuniyyətini Bavariyada, mənzərəli Tegernze gölünün sahilində yerləşən bağ evində keçirib. O, ümumilikdə üç həftədən bir qədər çox istirahət edib. Merts iyulun 30-da məzuniyyətə çıxıb. Kansler bu müddət ərzində ictimaiyyət qarşısında görünməyib. Buna görə də bəzi siyasətçilər və ekspertlər ölkə üçün mürəkkəb dövrdə kanslerin harada olması ilə bağlı suallar səsləndiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər