Digər
Emin anasının Bakıdakı evini göstərdi - Video
Xalq artisti Emin Ağalarov anası İrina Ağalarova ilə bağlı paylaşım edib.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, ifaçı xanımı Alyona Qavrilova, əkizləri Əli və Mikayıl, qızı Afina ilə birlikdə anasının Bakıdakı mənzilində qonaq olub. Emin paylaşımına "ailə" qısa şərhini yazmaqla kifayətlənib.
Qeyd edək ki, Eminin atası, iş adamı Araz Ağalarov 40 ildən çox evli olduğu həyat yoldaşı İrina Ağalarova ilə yollarını ayırıb. Daha sonra onun 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olduğu bildirilib. Onun bu nikahdan 2 övladı dünyaya gəlib.
Mənbə
axar.az