Digər

Daha bir HƏMAS komandiri öldürüldü

22 Aug 2026, 21:47 1 baxış
Daha bir HƏMAS komandiri öldürüldü

İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS-ın "Deyr əl-Bəlah" batalyonunun bölük komandiri Şərif əl-Həsənatı öldürüb.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.


Bildirilib ki, Həsənat terror hücumlarının planlaşdırılmasına və həyata keçirilməsinə nəzarət edib. O, həmçinin Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpasında iştirak edib.


Ordunun verdiyi məlumata görə, öldürülən komandir İsrail hərbçiləri üçün təhlükə yaradırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər