Digər

Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı

22 Aug 2026, 21:03 1 baxış
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı

Kanada ABŞ-la ticarət danışıqlarını dayandırmaq qərarına gəlib.


Axar.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.


Onun sözlərinə görə, danışıqlarda əldə olunan irəliləyiş ölkənin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün kifayət etməyib:


“Nəticədə bu axşam ABŞ-la ticarət danışıqlarını dayandırmaq qərarına gəldim və Kanadanın danışıqlar qrupuna Ottavaya qayıtmaq barədə göstəriş verdim. Kanada tərəfi son ana qədər ölkənin maraqlarını qorumaq üçün danışıqları vicdanla və səylə aparıb. Lakin ABŞ-ın təklif etdiyi şərtlərdə son anda edilən dəyişikliklər ədalətsiz və iqtisadi baxımdan qəbuledilməz olub. ABŞ gecə yarısından etibarən təxminən 28 milyard dollar dəyərində Kanada məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq etmək niyyətindədir. Kanada işçilərimizi və şirkətlərimizi qorumaq üçün bu rüsumlara dollar qarşılığında eyni şəkildə cavab verəcək”.


Qeyd edək ki, Vaşinqtonda ticarət danışıqları cümə günü səhər yenidən başlayıb. Tərəflər 50 faizlik rüsumların qüvvəyə minməsindən əvvəl razılığa gəlməyə çalışıblar. ABŞ Prezidenti Donald Tramp isə çərşənbə günü tərəflərin “çox ədalətli” razılaşmaya yaxın olduğunu bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər