Cəmiyyət

Mübahisəli əmlakın pərdəarxası: Bir mənzil iki nəfərə satılıb? - VİDEO

22 Aug 2026, 18:24 1 baxış
Mübahisəli əmlakın pərdəarxası: Bir mənzil iki nəfərə satılıb? - VİDEO
Bakının Yasamal rayonunda mənzil alan vətəndaşın iddiasına görə, illərdir ona məxsus olan əmlakdan istifadə edə bilmir. Baku TV-nin məlumatına görə, səbəb onun aldığı mənzillərin başqa şəxsə də satılması ilə bağlı yaranan mübahisədir. Vətəndaş 2017-ci ildə Abbas Mirzə Şərifzadə küçəsi, 33 ünvanında yerləşən yeni tikilidən iki mənzil və üç qaraj alıb. Ödənişi tam həyata keçirən şəxs mənzilləri təhvil almaq istəyəndə problemlə üzləşib.

Onun sözlərinə görə, mənzillərin başqa sahibi də olduğunu sonradan öyrənib. Məsələ ilə bağlı vətəndaş tərəfindən "İnşaat Konstruksiyaları" MMC-yə qarşı məhkəməyə müraciət edilib. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iki mənzil və üç qarajın vətəndaşa təhvil verilməsi barədə qərar qəbul olunub. Şikayətçinin sözlərinə görə, məhkəmənin icra aktı ilə əmlaklar ona təhvil verilsə də, hələ də mənzil və qarajlardan tam istifadə edə bilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər