Digər
Moskvaya yaxınlaşan 2652 PUA... - Sobyanin
Avqustun 15-i saat 08:30-dan avqustun 22-si saat 08:30-dək Moskva vilayəti istiqamətində 2652 pilotsuz uçuş aparatı (PUA) buraxılıb.
Axar.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.
Onun sözlərinə görə, PUA-ların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə məhv edilib:
“Moskva şəhərinə yaxınlaşarkən isə 493 PUA vurulub. Bu gün paytaxta yaxınlaşan daha 5 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində ölən və ya yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib. Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilib. Hazırda hava limanları normal rejimdə fəaliyyət göstərir”.
Mənbə
axar.az