Cəmiyyət

Xətai rayonunda stadion problemi: Uşaqlar avtodayanacaqda oynamağa məcburdur - VİDEO

22 Aug 2026, 19:12 2 baxış
Xətai rayonunda stadion problemi: Uşaqlar avtodayanacaqda oynamağa məcburdur - VİDEO
Xətai rayonu, Sarayevo küçəsindəki çoxmərtəbəli yaşayış binasının sakinləri ərazidə dövlət tərəfindən salınmış park və uşaqlar üçün tikilmiş stadiondan istifadə edə bilmirlər. Baku TV-nin məlumatına görə, stadionun qapılarının bağlı olması səbəbindən uşaqlar futbol oynamaq üçün məcbur qalıb parklanma zonasından istifadə edirlər.

Əvvəllər müəyyən saatlarda uşaqların stadiona girişinə şərait yaradılsa da, hazırda bu icazə tamamilə ləğv olunub. Sakinlərin aidiyyəti qurumlara etdikləri müraciətlər isə hələ də cavabsız qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər