Cəmiyyət

Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO

22 Aug 2026, 18:00 2 baxış
Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO
Azərbaycanlı jurnalistlər Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində "Sea Breeze Uzbekistan"ın inşa olunduğu ərazini ziyarət ediblər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Sea Breeze Uzbekistan" kurort və yaşayış kompleksi Daşkənddən təxminən 80 km məsafədə, Çarvak su anbarının sahilində inşa edilir.

Jurnalistlərə əvvəlcə layihənin maketi və onun icrasının birinci mərhələsi təqdim olunub, bundan sonra onlar bilavasitə tikinti meydançası ilə tanış olublar. Layihə yaşayış və turizm infrastrukturunu özündə birləşdirən beynəlxalq kurortun yaradılmasını nəzərdə tutur. Kurort ilboyu fəaliyyət göstərəcək. "Sea Breeze Uzbekistan"ın baş planının ərazisi 527 hektar, sahil zolağının uzunluğu isə 7 km-dir. Layihənin 2025-35-ci illərdə icrası nəzərdə tutulub. Birinci mərhələ 190 hektar sahəni əhatə edir. Artıq uzunluğu 2.3 km olan bulvarın inşası həyata keçirilir. Çarvakın təbii landşaftının qorunub-saxlanılmasına və yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Ərazidə artıq 1 000-dən çox ağac əkilib və ümumilikdə 10 mindən çox ağacın əkilməsi planlaşdırılır. Bununla belə, mövcud yaşıllıqlar, o cümlədən meyvə ağacları maksimum dərəcədə qorunur.

Layihənin nümayəndələri qeyd ediblər ki, Çarvak su anbarı Daşkənd şəhəri və Daşkənd vilayətinin içməli su mənbəyi olduğu üçün ekoloji komponent tikintidə ən mürəkkəb aspektlərdən biridir. Bununla əlaqədar olaraq layihə mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərini, həmçinin müasir material və avadanlıqlardan istifadəni nəzərdə tutur. Birinci mərhələ çərçivəsində yaşayış üçün yararlı olan abadlaşdırılmış ərazinin yaradılması planlaşdırılır. ⁠Ayrı-ayrı obyektlərin tikintisi təxminən 36 ay müddətinə nəzərdə tutulub və şirkət artıq yaxın ilyarım ərzində ərazinin nəzərəçarpacaq dərəcədə dəyişəcəyini hesab edir. Artıq "White Villas" və "Lighthouse" layihələri təqdim olunub. Gələcəkdə "White Residences", "Marina Village" və digər layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Bakıda uğurla reallaşdırılan konsepsiyalar Çarvakın relyefi və təbii landşaftının xüsusiyyətləri nəzərə alınaraq uyğunlaşdırılır. Bundan başqa, layihə hotellər və apart-hotellər, çimərliklər, idman meydançaları, restoranlar, istirahət zonaları, sağlamlıq və əyləncə infrastrukturunun yaradılmasını nəzərdə tutur. Həmçinin konsertlər, festivallar, idman və mədəni tədbirlər üçün məkanların yaradılması da planlaşdırılır.
{{gallery}}
Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər