"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi
Futbol üzrə Türkiyə Superliqasında II tura start verilib.
Axar.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Son çempion “Qalatasaray” səfərdə Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin də çıxış etdiyi “Ərzurumspor”un qonağı olub. Görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Roland Şallai, Yunus Akgün və Viktor Osimhen (2) vurublar.
Matça ehtiyatda başlayan Axundzadə 55-ci dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 4-ə çatdıran “Qalatasaray” liderliyə yüksəlib. Xalı olmayan Superliqanın debütantı “Ərzurumspor” isə sonuncu pillədə qərarlaşıb.
Turun digər oyunları avqustun 22-23-də keçiriləcək.