Dünya

Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı

21 Aug 2026, 21:48 2 baxış
Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı
Moskva məhkəməsi rusiyalı şoumen və komik Semyon Slepakov barəsində qiyabi olaraq 400 saat məcburi iş cəzası kəsib. Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir. Rusiyada "xarici agent" elan edilmiş komik "xarici agent" öhdəliklərini yerinə yetirməkdən yayınmaqda təqsirli bilinib. Müvafiq qərar Moskvanın Lomonosov rayonunun 214 saylı məhkəmə sahəsinin sülh hakimi tərəfindən çıxarılıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Slepakov bir il ərzində iki dəfə analoji maddə ilə inzibati məsuliyyətə cəlb olunsa da, sosial şəbəkələrdə "xarici agent" markirovkası olmadan kontent paylaşmağa davam edib. Semyon Slepakova qarşı cinayət işinin açıldığı aprel ayında məlum olmuşdu. Həmin vaxt o, qiyabi olaraq həbs edilib və axtarışa verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər