İdman

Millimiz Avropa çempionatını 2 medalla başa vurdu

21 Aug 2026, 20:33 1 baxış
Millimiz Avropa çempionatını 2 medalla başa vurdu

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.


Azərbaycan Boks Federasiyasından Axar.az-a verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb. 60 kiloqramda çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.


Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kiloqram) 3-cü yeri tutub.

Mənbə axar.az

Oxşar Xəbərlər