Cəmiyyət
Bakıda dəmiryol stansiyasından çürümüş meyit tapıldı
Bakıda dəmiryol stansiyasının ərazisindən çürümüş meyit tapılıb.
Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə ərazisindəki dəmiryol stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb. Meyitin təxminən 50 yaşlarında şəxsə məxsus olduğu bildirilib.
Məlumata görə, həmin şəxsin 1 ay əvvəl öldüyü ehtimal edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az