Cəmiyyət

Uşaq xəstəxanasındakı antisanitar vəziyyət ilə bağlı TƏBİB-dən AÇIQLAMA - VİDEO

21 Aug 2026, 15:08 13 baxış
Uşaq xəstəxanasındakı antisanitar vəziyyət ilə bağlı TƏBİB-dən AÇIQLAMA - VİDEO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin yaranması ilə bağlı iddiaya münasibət bildirib. TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. "Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmirlər", - deyə cavabda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər