Dünya
Henri Kissincerin arvadı ABŞ-də vəfat edib
ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin dul qalmış arvadı Nensi Kissincer 92 yaşında vəfat edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri məlumat verib. Məlumata görə, Nensi Kissincer Konnektikut ştatındakı evində dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmır. Henri Kissincer 2023-cü ildə 100 yaşında vəfat edib və bu illərin təxminən 50-sini Nensi Kissincerlə evlilikdə keçirib. Onların toyu 1974-cü ilin mart ayında Vaşinqton yaxınlığındakı Virciniya ştatının Arlinqton şəhərində baş tutub. Nensi Kissincer tez-tez ərini bütün dünya üzrə işgüzar səfərlərdə müşayiət edib.
Mənbə
oxu.az