Dünya
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın komandirini öldürdü
İsrail ordusu Qəzza zolağının Nuseyrat bölgəsinə zərbə endirərək HƏMAS hərəkatının hərbi qanadının taqım komandirini öldürüb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, son dövrlərdə həmin şəxs SAXAL hərbçilərinə və İsrailin mülki vətəndaşlarına qarşı hücumlar təşkil etməyə cəhd göstərib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər