Dünya

Şimali Koreya ilk dəfə Rusiyaya "KN-30" ballistik raketləri verib - Ukrayna kəşfiyyatından araşdırma

21 Aug 2026, 13:00 4 baxış
Şimali Koreya ilk dəfə Rusiyaya "KN-30" ballistik raketləri verib - Ukrayna kəşfiyyatından araşdırma
Rusiya Şimali Koreyadan "KN-30" ballistik raketləri alıb və bunlardan Ukraynaya zərbələr endirmək üçün istifadə edə bilər. Oxu.Az-ın "Obozrevatel" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib. "Hwansong-11C" kimi də tanınan "KN-30" raketi "KN-23" raketinin modernləşdirilmiş versiyasıdır və əldə olan məlumatlara görə, 2500 kiloqrama qədər ağırlığında döyüş başlığı daşımaq imkanına malikdir. Bildirilir ki, 2026-cı ilin iyul ayına olan məlumata görə, Rusiyanın arsenalında xüsusən "KN-23", "KN-24" və "KN-30" daxil olmaqla, Şimali Koreyanın müxtəlif tipli təxminən 50 ballistik raketi olub. Qeyd edilib ki, Rusiya həmçinin öz istehsalı olan 1000-dən çox müxtəlif raket və yüzlərlə digər tipli sursatlara malikdir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin məlumatlarına görə, Rusiya qoşunlarının ehtiyatında hazırda təxminən 600 "Oniks" gəmi əleyhinə raketi, 450-dən çox "Kalibr" qanadlı raketi və 120-dən çox "Sirkon" hipersəs raketi mövcuddur. Eyni zamanda, "İskəndər-M" əməliyyat-taktiki kompleksləri üçün təxminən 130 raket və daha yüzlərlə digər sursat növləri Rusiyanın istismarındadır. Bildirilir ki, Rusiya hərbi-sənaye kompleksi istehsalı artırmağa davam edir və ayda 200-dən çox qanadlı və ballistik raket istehsal edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər