Dünya
İran-İraq danışıqlarının pərdəarxası: Silahlı qruplaşmalarla bağlı gizli təklif - FOTO
Ötən gün "Al Hadath" telekanalı İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın İraqa səfəri zamanı baş tutan danışıqların pərdəarxası detallarını açıqlayıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Məlumata görə, Məhəmməd Baqir Qalibaf İraq hakimiyyətinə Bağdad hökuməti və Tehranla əlaqəli silahlı qruplaşmalar arasında birbaşa toqquşmaların qarşısını almağa yönəlmiş bir sıra gizli təkliflər təqdim edib. Təkliflər arasında qruplaşmaların ağır silahlardan istifadəsinin dayandırılması, onların gizlədilməsi, eləcə də siyasi razılaşma əldə olunana qədər silahların bir hissəsinin müvəqqəti olaraq İran ərazisinə çıxarılması var. Həmçinin bildirilir ki, Qalibafın planı Tehranla əlaqəli qüvvələrin yenidən təşkili və təlimini də nəzərdə tutur.

Mənbə
oxu.az
Oxşar Xəbərlər