Siyasət

Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır"

21 Aug 2026, 11:52 1 baxış
Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır"
"Birləşmiş Krallıq və Azərbaycan arasında otuz ildən çox əməkdaşlıq tarixi var. Bu münasibətlər enerji sahəsində başlayıb". Oxu.Az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Norman keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, tərəfdaşlığımız enerji sahəsində daha çox inkişaf edib: "Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir. Azərbaycan dəyərli tərəfdaşdır, iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur. Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar". Səfir qeyd edib ki, iqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək", - deyə səfir vurğulayıb. Səfir vurğulayıb ki, Azərbaycan müdafiə və sənaye sahəsində dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb: "Azərbaycanın öz potensialını dəstəkləyərkən Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq. Təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik". Səfirin sözlərinə görə, Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyəti çərçivəsində ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyir: "Azərbaycan bu geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır".
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır" Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır" Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır"
Mənbə oxu.az

Oxşar Xəbərlər