Cəmiyyət
Britaniyanın Azərbaycandakı səfiri Şuşaya səfər edəcək
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Norman Şuşaya səfər edəcək. Oxu.Az xəbər verir ki, bu barədə diplomat keçirdiyi mətbuat konfransında deyib. "Məlum olduğu kimi, Şuşa şəhərinin Baş planının hazırlanmasında Böyük Britaniyanın tanınmış şirkəti iştirak edib. Həm Şuşanı, həm də həmin şirkətin fəaliyyətini yaxından görmək mənim üçün maraqlı olardı", - deyə səfir vurğulayıb.
Mənbə
oxu.az