İdman

Mahir Emreli "Rakuv"da növbəti qolunu vurdu

21 Aug 2026, 00:15 2 baxış
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.


Axar.az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.


Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.


Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.


Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.

Mənbə axar.az

Oxşar Xəbərlər